Qurban Qurbanov: "İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu"
"Bu, İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu".
BAKU.WS xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
"Qırmızı vərəqə epizoduna baxdım. Nəsə fikir bildirməyim bəlkə də düzgün olmaz. Lakin İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu. Hansı ki, bəlkə heç bunu cərimə zərbəsi kimi də saxlamazdılar, mübarizə kimi baxardılar. Hər bir halda söz sahibi hakim oldu və qərarı belə verdi", - deyə o, qeyd edib.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının 1/8 final mərhələsində "Bayer" (Leverkuzen) klubuna 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Oxşar xəbərlər
Dünya mediası "Qarabağ"dan yazır - "Bayer"in bəxti gətirdi ki..."
Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununu keçirib. Azərbaycan çempionu Almaniyada "Bayer 04"ün qonağı olub. BAKU.WS xəbər verir ki, Qa...