SİZİN REKLAM BURADA!
055 213 76 73


***"Qarabağ" "Bayer"ə 2:3 hesabı ilə uduzaraq Avroliqa ilə vidalaşır. 

Hesab 1:2 olub. 

***01.27

"Qarabağ" "Bayer"lə oyunda 2:0 hesabı ilə öndədir. 

***01:24

"Qarabağ" qol vurduqdan dərhal sonra meydanda azlıqda qalır. Elvin Cəfərquliyev qırmızı vərəqə alır. 

***00.50

"Qarabağ" Zubirlə hesabda önə keçir. 

***00.49

İlk hissədən sonra hesab açılmayıb. 

***00.00

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Bayer 04” - “Qarabağ” oyunu başlayıb.

Qarşılaşma Leverkuzen şəhərindəki “BayArena” stadionunda keçirilir.

Xatırladaq ki, ilk matçda heç-heçə qeydə alınmışdı - 2:2.

***23:07

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

"Bayer 04": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka

"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo

Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.

BAKU.WS