SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniya millisi bu il Almaniyada keçiriləcək 2024-cü il Avropa çempionatının əsas formasını təqdim edib.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

Çempionat qitə yarışı iyunun 14-dən iyulun 14-dək davam edəcək.

İspaniya millisi qarşıdakı turnirdə B qrupunda mübarizə aparacaq. Luis de la Fuentenin komandası İtaliya, Xorvatiya və Albaniya komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, İspaniya millisi üç dəfə - 1964, 2008 və 2012-ci illərdə Avropa çempionatının qalibi olub. Hazırkı çempion İtaliya yığmasıdır. 2021-ci ildə İtaliya Londondakı finalda İngiltərə komandasını məğlub edib.

BAKU.WS
QALEREYA