SİZİN REKLAM BURADA!
055 213 76 73


"Fənərbağça"nın bu mövsüm Superliqada çempion ola bilməsə, növbəti mövsüm üçün dünyaca məşhur baş məşqçi Joze Mourinyo ilə görüşəcəyi iddia edilib.

BAKU.WS-in xəbərinə görə, bu barədə İtalyanın "Calciomercato" nəşri yazıb.

Məlumatda "Fənərbağça"nın baş məşqçi İsmail Kartaldan razı qaldığı, lakin iyunda başa çatacaq müqaviləsini yeniləmək üçün mövsümün sonuna qədər gözləyəcəyi bildirilib.

İstanbul təmsilçisinin Superliqada çempion ola bilməyəcəyi təqdirdə, məşqçi dəyişikliyi barədə düşünə biləcəyi şərh edilib.

"Fənərbağça"nın məşqçi dəyişikliyi halında ən önəmli namizədlərdən birinin Joze Mourinyo ola biləcəyi və tərəflər arasında görüş keçirilə biləcəyi iddia edilib.

BAKU.WS