Ağdam klubu “Bayer”-“Qarabağ” oyununa baxmaq istəyən azarkeşlərə müraciət edib
Ağdam klubu “Bayer” - “Qarabağ” oyununa baxmaq istəyən azarkeşlərə müraciət edib.
Klubdan "Report"a bildirilib ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer” (Almaniya) - “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər (1790 ədəd) iticket.az-da satışa çıxarılıb.
Biletin qiyməti 31 manat təşkil edir.
Martın 14-ü “BayArena”da keçiriləcək matçdan 3 saat əvvəl azarkeşlərimiz üçün ayrılmış SG1, SG2 və SG3 sektorlarının qarşısında (Service Gast) vauçeri biletə dəyişməlisiniz.
Bilet alarkən istifadə etdiyiniz vəsiqə ilə vauçeri biletə dəyişmək mümkündür.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" Bakıda "Bayer 04"lə heç-heçə edib - YENİLƏNİB-8
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu yekunlaşıb. Tofiq Bəhramov adına Res...