“Bayer 04” “Qarabağ” azarkeşləri üçün nə qədər bilet ayırıb?
11
mar
2024
13:03
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında Almaniyada “Bayer 04”ün qonağı olacaq “Qarabağ”a 1800 bilet ayrılıb.
BAKU.WS xəbər verir ki, bu barədə “Report”a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
Klub rəsmisi qarşılaşmadan iki saat əvvəl səfər tribunası üçün biletlərin satışa çıxarılacağını vurğulayıb.
Qeyd edək ki, “Bayer 04” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" Bakıda "Bayer 04"lə heç-heçə edib - YENİLƏNİB-8
Bakıda "Qarabağ" və Almaniyanın "Bayer 04" komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu yekunlaşıb. Tofiq Bəhramov adına Res...