SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qarabağ”ın “Bayer 04”lə Avropa Liqasının 1/8 final mərhələsi üzrə ilk oyunda (2:2) zədələnən futbolçularının son durumu bəlli olub.

BAKU.WS Offsideplus.az-a istinadən xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin verdiyi açıqlamaya görə, Yassin Benzianın vəziyyəti normaldır.

Klub sözçüsü Juninyonun sağlamlığı barədə bu sözləri deyib:

“Benzianın durumu normaldır. Juninyoya gəlincə, böyük ehtimal bugünkü oyunu buraxacaq. Həkimlərin nəzarətindədir, ona qədər bilinəcək ki, “Bayer 04”lə oyunda oynayacaq, ya yox”.

Qeyd edək ki, “Qarabağ” bu gün “Zirə” ilə üz-üzə gələcək.

Qurban Qurbanovun komandası martın 14-də səfərdə “Bayer 04”lə cavab oyununa çıxacaq.

BAKU.WS