SİZİN REKLAM BURADA!
055 213 76 73


Mövsümün əvvəlində La Liqa nəhəngi "Real Madrid"in heyətinə qatılan Arda Gülər ​​zədəsini sağaltdıqdan sonra İspaniya nəhəngində oynamaq şansı qazanmağa başlayıb. 18 yaşlı oyunçu sonuncu dəfə La Liqada "Jirona" ilə matçda ehtiyat oyunçular skamyasından oyuna daxil olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər veror ki, 90-cı dəqiqədə “Real Madrid”ə penalti qazanan Arda Gülərin matçda niyə önə keçməməsi ilə bağlı daha bir iddia ortaya atılıb.

Belə ki, Karlo Ançelottinin “Real”ın qazandığı penalti zərbəsini Arda Gülərin yerinə yetirməsini istədiyi bildirilib. Karlo Ançelottinin bu qərarı Dani Karvaxala çatdırdığı, o da öz növbəsində bu qərarı penaltini yerinə yetirməyə hazırlaşan Arda Gülər ​​və Joseluya dediyi qeyd olunub.

Bu qərara Karlo Ançelottinin oğlu və köməkçisi Davide Ançelottinin müdaxilə etdiyi iddia edilib. Davide Ançelottinin penaltini Joselunun yerinə yetirməsini istədiyi qeyd edilib.

"Real Madrid"in qazandığı penaltini yerinə yetirən Joselu zərbəni qola çevirməyi bacarmayıb. Penaltini buraxan Joseluya təsəlli verən ilk şəxs Arda Gülər ​​olub.

BAKU.WS
QALEREYA