Yemelyanenko İslamı qəbul etdi
Rusiyalı MMA döyüşçüsü Aleksandr Yemelyanenko İslam dinini qəbul edib.
Bu barədə Vladimir Mineyev və Roman Kopılovun məşqçisi Rəsul Maqomedəliyev məlumat verib.
Mütəxəssis bildirib ki, 42 yaşlı rus döyüşçü artıq Mədinə ziyarətinə gedib. "Bütün müsəlmanların 100 faizi ora gedir. Ona görə də onun qəbul edib-etmədiyi sual ola bilməz", - Maqomedəliyev Sport24-ə müsahibəsində qeyd edib.
O, Aleksandra alkoqol asılılığını aradan qaldırmağa kimin kömək etdiyini də söyləyib: “İnquş qardaşlarımız onu ayağa qaldırdılar. Ümid edirəm ki, o, bir daha bu işə qayıtmayacaq”, - deyə məşqçi bildirib.
Yemelyanenkonun özü İslamı qəbul etməsi ilə bağlı məlumatı hələlik təsdiqləməyib. O, 2023-cü ilin yayından İnquşetiyadakı reabilitasiya mərkəzlərindən birindədir.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva İslamiadanın açılışında iştirak edib - YENİLƏNİB - VİDEO
Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, Azərbay...