6 ay yarımdan sonra "Real"da debüt edən Arda Gülər necə performans göstərib? - FOTO/VİDEO

6 ay yarımdan sonra Realda debüt edən Arda Gülər necə performans göstərib? - FOTO/VİDEO
Video
İdman 2

Ötən gecə baş tutan İspaniya Kral Kubokunda "Real Madrid" "Estadio El Montecillo"da "Arandinanı" qəbul edib. Mövsümün əvvəlində “Fənərbağça”dan İspaniya nəhəngi “Real Madrid”ə transfer olunan 18 yaşlı, türkiyəli yarımmüdafiəçi Arda Gülər ilk dəfə rəsmi matçda yeni komandasının formasını geyinmək imkanı qazanıb.

BAKU.WS xəbər verir ki, Arda təxminən 6,5 ay sonra ilk rəsmi oyununu keçirib.

6 ay yarımdan sonra

59 dəqiqə meydanda qalaraq komandasına töhfə verən Arda Gülerin çıxışı qənaətbəxş hesab olunub:

Topa sahib olma: 53

Dəqiq ötürmələr: 32

Ötürmə dəqiqliyi: 89%

Açar ötürmə: 2

Qapıya zərbələrin ümumi sayı: 3

İkili mübarizələr: 3/7

6 ay yarımdan sonra

Qeyd edək ki, Arda Gülər ​​Madridin ABŞ-dakı mövsümöncəsi düşərgəsində zədələnib və avqustun 14-də sağ dizindən menisk əməliyyatı keçirib. Təxminən 2 aya yaxın davam edən zədədən sonra sentyabrın 21-də komanda ilə məşqlərə başlayan Gülər ​​sentyabrın 26-da yenidən zədələnərək bir müddət meydandan kənarda qalıb. Bu prosesdən sonra heç bir riskə getməyən və vaxtaşırı komandadan ayrı çalışan Arda Gülər ​​201 gündən sonra yaşıl meydanlara qayıdıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər