Futbolu kökündən dəyişdirəcək YENİLİK - Narıncı kart gəlir

29
noy
2023
16:23
Beynəlxalq Futbol Assosiasiyası Şurası futbol qaydalarına yeni dəyişiklik edib. Bu dəyişiklik oyunçulara göstəriləcək narıncı kartla əlaqədardır.
Belə ki, yeni kart tətbiqi oyunçulardan 10 dəqiqə kənarda gözləmələrini tələb edəcək.
Sınaqlarının tezliklə başlaması gözlənilən narıncı kart gələn mövsümdən qüvvəyə minə bilər.
Sarı və ya qırmızı vərəqə arasında qalan hakimlər narıncı vərəqə göstərə biləcəklər. Narıncı kartı görən oyunçu 10 dəqiqə kənarda gözləyəcək.
Narıncı kart gələn mövsüm Premyer Liqa kimi yüksək səviyyəli liqalarda tətbiq oluna bilər.
Oxşar xəbərlər
Antonio Espinos: "Bakıdakı yarış ilin son Premyer Liqa turniri olacaq"
"Bakıda keçiriləcək Premyer Liqa turniri mövsümün sonuncu yarışı olacaq". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu WKF (Ümumdünya Karate Federasiya) pre...
