AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusunu CƏZALANDIRDI
10
noy
2023
16:38
AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusu Vladislav Kulaçı cəzalandırıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, buna ukraynalı futbolçunun təcavüzkar davranışı səbəb olub.
30 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının XII turunun “Sabah” - “Zirə” görüşünün 90-cı dəqiqəsində təcavüzkar davranışa yol verdiyinə görə 4 oyun cəzalanıb. Paytaxt klubu isə 3000 manat cərimələnib.
Qeyd edək ki, bu qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Ramil Şeydayev cəzalandırıldı
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra “Qarabağ” klubunun 77 nömrəli futbolçusu Ramil Şeyd...