Fərid Qayıbov: "Prezident Kuboku 2026" reqatasında çox ölkənin iştirak etməsi sevindirici haldır"

Fərid Qayıbov: Prezident Kuboku 2026 reqatasında çox ölkənin iştirak etməsi sevindirici haldır
İdman 36

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasında çox ölkənin iştirak etməsi sevindirici haldır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.

O, Qarabağın dilbər guşəsi Ağdərədə ilk dəfə beynəlxalq yarış təşkil edildiyini söyləyib:

"Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında azad olunmuş torpaqlarda idman tədbirləri keçirilir. Bunların çoxu da beynəlxalq turnirlərdir. Avarçəkmədə isə bu beşinci tədbirdir. Bildiyiniz kimi, Suqovuşanda və Köndələnçayda "Prezident Kuboku" reqatası baş tutub. Burada kifayət qədər ölkə də iştirak edir. Bu da bizim üçün sevindirici haldır. Növbəti idman bayramı münasibətilə hər birinizi təbrik edirəm".

Qeyd edək ki, "Prezident Kuboku 2026" beynəlxalq reqatasının rəsmi açılış mərasimi sabah Mingəçevirdə keçiriləcək. Yarışda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi

Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...

36 İdman 21:12 23 oktyabr 2026

Son xəbərlər