Bakı metrosunda dəhşətli ANLAR - Sərnişin hər kəsin gözü qarşısında can verdi

Bakı metrosunda dəhşətli ANLAR - Sərnişin hər kəsin gözü qarşısında can verdi
Video
Sosial 359

Bu gün saat 20:20 radələrində "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.

Bakı metropolitenindən BAKU.WS-ə verilən məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

***19:30

Bakı metrosunda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlıq səbəbindən hərəkət dayanmışdı.

Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-dan sonra bərpa edilsə də, qatarların hərəkət intervalında problemlər aradan qalxmayıb.

Bu barədə sərnişinlər BAKU.WS-in "qaynar xətti"nə məlumat bildiriblər.

Qeyd edilib ki, "Dərnəgül" - "28 may" stansiyaları istiqamətində sərnişin sıxlığı yaranıb. Qatarların intervalında gecikmələr olub.

Hazırda stansiyalardaƏ, xüsusən də "28 may" stansiyasında həddindən artıq sərnişin var. Hətta çox sərnişin metroya daxil ola bilmir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər