Ramil Şeydayev cəzalandırıldı
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra “Qarabağ” klubunun 77 nömrəli futbolçusu Ramil Şeydayev rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar qəbul edib.
Həmçinin “Qarabağ” klubu 2400 manat cərimələnib.
İntizam Komitəsində həmçinin bu qərarlar qəbul olunub:
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Sabah” – “Zirə” oyunu bitdikdən sonra meydançaya və komandalar olan dəhlizə akkreditasiyası olmayan şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 49.6);
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra “Qəbələ” klubunun meneceri Rasim Ramaldanova verilən birbaşa qırmızı vərəqə qərarı ləğv edilir (maddə 18.2.);
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra tribunanın “Qəbələ” klubuna aid hissəsindən meydançaya kənar əşya atıldığına görə “Qəbələ” klubu 1600 manat cərimə edilir (maddə 51.1);
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” klubunun 12 nömrəli futbolçusu Todor Todoroski rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanır, “Sumqayıt” klubu 2400 manat cərimə edilir (maddə 37.2, 32.);
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Turan Tovuz” – “Səbail” oyununda “Səbail” klubunun futbolçusu Qoba Zakpa qeyri-etik hərəkət etdiyinə görə 3 oyun cəzalanır, klub 1600 manat cərimə edilir (maddə 41.1).
Oxşar xəbərlər
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. BAKU.WS milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul olun...