Güləş üzrə Avropa çempionatının gümüş medalçısı Turan Bayramov: Hədəfim qızıl medal idi
Yeniliklərdən dərhal xəbərdar olun
Hədəfim qızıl medal idi, amma minimal fərqlə məğlub oldum.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında gümüş medal qazanan sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Turan Bayramov mətbuat nümayəndələrinə açıqlamasında deyib.
"Beş ildən sonra yenidən Avropa çempionatında finala yüksəldim. Hədəfim qızıl medal idi, amma minimal fərqlə məğlub oldum. Ümid edirəm ki, gələcəkdə üzərimdə daha çox işləyərək növbəti dünya çempionatında qızıl medal əldə edəcəm".
O, qeyd edib ki, Azərbaycanın sərbəst güləş üzrə millisi güclüdür: "Milli komandamız çox güclüdür. Təmsilçilərimizin hər birinin reytinq cədvəlində ilk dördlükdə olması millimizin gücündən xəbər verir. Bunun ən böyük səbəbi millimizin oyunlara ciddi hazırlaşmasıdır".
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...