2020-ci ildə ilk MDB Oyunları keçiriləcək
27
iyn
2019
21:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tarixdə ilk MDB Oyunları 2020-ci ildə Kazan şəhərində keçiriləcək.BAKU.WS-in məlumatına görə, bu barədə Tatarıstanın İdman Nazirliyi elan edib.Qeyd olunub ki, birinci MDB Oyunları gələn il avqustun 20-27-dək keçiriləcək.Oyunlarda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna iştirak edəcək. Bundan başqa, digər ölkələrdən idmançıların dəvət ediləcəyi istisna olunmur.Birinci oyunlarda 2000-dək idmançının iştirak edəcəyi gözlənilir.MDB Oyunlarında cüdo, sambo, çimərlik voleybolu, çimərlik həndbolu, mini-futbol, boks, tayboks, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, armrestlinq, mas-restlinq, idman güləşi, kəmər güləşi (koreş), yüngül atletika və basketbol növləri üzrə yarışlar keçiriləcək.
Oxşar xəbərlər
III Avropa Oyunlarının keçiriləcəyi ölkə açıqlandı
2023-cü ildə III Avropa Oyunları Polşada keçiriləcək.BAKU.WS xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin Baş Assambleyasında qərar qəbul olunub.Yarışı...