Avropa Liqasının finalı ilə bağlı idxal olunan mallar rüsumdan azad edildi
16
may
2019
20:40
2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə bağlı malların idxalı gömrük rüsumlarından azad edilib.Bununla bağlı Prezident İlham Əliyev bu gün “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.Sənədlə Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təsdiqedici sənəd əldə edən həmin oyunlarda iştirak edən və ya oyunların təşkilinə və ya keçirilməsinə cəlb olunmuş şəxslər tərəfindən həmin oyunlarla bağlı malların idxalı gömrük rüsumundan azad edilib.Bu qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədədir.
Oxşar xəbərlər
Bir sıra gəlirlər vergidən azad edildi
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.Dəyişikliyə əsasən, bir sıra gəlirlər vergidən azad olunub. Bu sıraya mü...