Oqtay Şirəliyev Avropa Liqasının final oyunu ilə bağlı əmr imzaladı
11
mar
2019
12:32
Səhiyyə naziri Oqtay Şirəliyev futbol üzrə UEFA Avropa Liqasının final oyunun tibbi təminatı barədə əmr imzalayıb.Nazirliyin mətbuat xidmətinən BAKU.WS-ə verilən məlumata görə, əmr “Futbol üzrə UEFA Avropa Liqasının final oyunun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Səhiyyə Nazirliyi haqqında Əsasənaməsinin müvafiq bəndini rəhbər tutaraq imzalanıb.Əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda oyun zamanı təcili tibbi yardım maşınlarının növbətçiliyini təmin edilməsi, bu müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsini təmin etmək, habelə, tibb müəssisə və idarələrinin rəhbərlərinə oyun iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilib.Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssislərində sanitariya–gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılıb.BAKU.WS
Oxşar xəbərlər
Nazir qızılca xəstəliyilə bağlı əmr imzaladı
Səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.Bu barədə Səhiyyə Nazirliyi m...