VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutan "Qarabağ” - "Seltik" oyundan sonra xoşagəlməz mənzərə yaranıb.


BAKU.WS-in məlumatına görə, matça baxmağa gələn azarkeşlər Tofiq Bəhrəmov adına Respubublika Stadionunu çirkləndiriblər. Redaksiyamıza göndərilən fotolardan da aydın olur ki, azarkeşlər tum çırtlayıblar və qabıqlarını oturacaqların altına töküblər. 

Bütün stadiona paylanan "Qarabağ” bayraqları isə yerə tullanılıb və hətta tapdalanıb. Tribunaların plastik su butulkaları ilə dolu olması da ortaya acınacaqlı mənzərə çıxarıb. Oyunboyu komandamızımöhtəşəm dəstəkləyən azarkeşlərdən bəzilərinin bu hərəkəti ürək ağrıdır.   

Tofiq Bəhrəmov adına Respubublika Stadionunun tribunalarının "Qarabağ” - "Seltik" oyundan sonrakı vəziyyətini sizə təqdim edirik:

 

 

 

BAKU.WS