SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda məşqçi postuna mümkün qayıdışı üçün keçmiş klubuna iki tələb irəli sürüb.

BAKU.WS-in xəbər verir ki, bu barədə "Defensa Central"ın məlumatında bildirilir.

Mənbənin məlumatına görə, Zidan fiziki hazırlıq üzrə məşqçi Qreqori Düponun məşqçilər korpusunda yer almasını tələb edir.

Həmçinin fransalı mütəxəssis İspaniya futbol nəhənginə rəhbərlik etdiyi vaxt belçikalı ulduz futbolçu Eden Hazardın "Real Madrid"də qalmasında israrlıdır.

Qeyd edək ki, Karlo Ançelotti yayda klubu tərk edərsə, Zidan üçüncü dəfə "Real Madrid"in baş məşqçisi ola bilər.

Xatırladaq ki, o, 2016-2018, 2019-2021-ci illərdə "kral klubu"nun "sükanı arxası"na keçib. 

Madrid "Real"ından ayrılan Zidan o vaxtdan bəri işsizdir.

Fransalı mütəxəssis "Real"a İspaniya çempionluğunu və İspaniya Superkubokunu qazandırıb.

BAKU.WS