SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
"Qəbələ" futbol kulubunun sabiq kapitanı Cavid Hüseynov bu gün azadlığa buraxılıb.

BAKU.WS aznews.az-a istinadən bildirir ki, C.Hüseynov azadlığına qovuşan kimi ilk iş olaraq uşaq bağcasına yollanıb.

Bu barədə saytımıza onun vəkili Adəm Məmmədov məlumat verib. O qeyd edib ki, C.Hüseynov qızı Mədinəni bağçadan götürməyə gedib.

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı cinayəti bilib gizlətməkdə təqsirləndirilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə C.Hüseynovun vəkili Adəm Məmmədov vəsatət verərək müdafiə etdiyi şəxsin barəsində bəraət hökmü verilməsini istəyib.

Məhkəmə vəkil A.Məmmədovun vəsatətini qismən təmin edib və C.Hüseynovun cəzası 1 il 2 aya endirilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, C.Hüseynov Səbail rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
 
BAKU.WS