SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün DÇ-2018-in seçmə qrup mərhələsində 3-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan yığması da növbəti matçına çıxıb.

Robert Prosineçkinin çalışdırdığı komandamız səfərdə Çexiyanın qonağı olub. Keçirdiyi ilk oyununda səfərdə San Marinoya, doğma meydanda Norveçə eyni hesabla (1:0) qalib gələn millimiz bu uğurlu çıxışını Ostravadakı görüşdə də davam etdirməyi hədəfləmişdi. Millimiz üçün bu çətin səfər matçında hətta heç-heçə də uğurlu nəticə hesab olunacaqdı. Komandamız ilk dəfə xal itirdiyi bu oyunda qələbə qazana bilməsə də, hər halda heç-heçəyə imza atmağı bacarıb. Nəticədə, komandamız qrupda ikinci pillədəki mövqeyini qoruyub. 

Qeyd edək ki, bu gün yığmamızın yer aldığı qrupda daha iki oyun keçirilib. Qrup lideri Almaniya Şimali İrlandiyanı, Norveç isə San Marinonu qəbul edib. Almanlar 2:0, millimizin bir neçə gün öncə məğlub etdiyi Norveç isə 4:1 hesabıyla qalib gəlib.

DÇ-2018-in seçmə mərhələsi
C qrupu
11 oktyabr

Çexiya - Azərbaycan - 0:0 (0:0)
Sarı vərəqə: N.Ələsgərov, 35. V.Kadleç, 58. R.Şeydayev, 90+1.
Baş hakim: Matey Yuq (Sloveniya).
Ostrava. "Vitkovitse" stadionu.

Çexiya: 1. Tomaş Vatslik, 3. Lukaş Droppa, 3. Teodor Gebre Selassie, 5. Yakub Brabeç, 6. Tomaş Sivok (k), 9. Borek Doçkal, 10. Jiri Skalak (7. Yaromir Jmrhal, 74), 14. Vatslav Kadleç, 15. Yan Sikora, 19. Ladislav Kreyçi (11. Milan Petrjela, 64), 22. Patrik Şik (21. Milan Şkoda, 66).
Ehtiyat oyunçular: 16. Tomaş Kubek, 23. Jiri Pavlenka, 2. Pavel Kaderabek, 8. Filip Novak, 17. Marek Suşi, 18. Tomaş Horava, 20. Matey Vidr.
Baş məşqçi: Karel Yarolim.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 9. Namiq Ələsgərov (18. Ağabala Ramazanov, 71), 10. Ruslan Qurbanov (7. Araz Abdullayev, 87), 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev (k), 20. Ramil Şeydayev (8. Eddi İsrafilov, 90+1), 21. Arif Daşdəmirov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 4. Pavel Paşayev, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 15. Ruslan Abışov, 16. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 22. Tərlan Quliyev.
Baş məşqçi: Robert Prosineçki.

1Almaniya330080+89
2Azərbaycan321020+27
3Ş.İrlandiya311142+24
4Norveç310245–13
5Çexiya302103–32
6San Marino300319–80