"Qarabağ" "Fənərbağça"nın sabiq futbolçusunu transfer edib

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fransanın "Dijon" komandasından Yassin Benzianı transfer edib.
"Köhlən atlar" 29 yaşlı yarımmüdafiəçinin keçidini sosial şəbəkə hesabında paylaşdığı video ilə açıqlayıb.
Mərakeş millisinin sabiq üzvü ilə imzalanmış müqavilənin müddəti hələlik bəlli deyil.
Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Yassin Benzia karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", Yunanıstanın "Olimpiakos" komandalarında da çıxış edib. O, 2016 - 2018-ci illərdə formasını geyindiyi Əlcəzair yığmasında 4 oyuna 1 qol vurub.
Oxşar xəbərlər
"Fənərbağça" və "Lion"un sabiq futbolçusu "Qarabağ"a keçir
Fransanın "Dijon" klubunun futbolçusu Yassin Benzia karyerasını Azərbaycanda davam etdirə bilər. "Report" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı y...
