VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niderland millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

1/8 final mərhələsində ABŞ yığmasına 3:1 hesabı ilə qalib gələn kollektiv növbəti raunda yüksəlib.

İlk qolu 10-cu dəqiqədə Avropa təmsilçisinin heyətində Memfis Depay vurub. 45+1-ci dəqiqədə Deyli Blind fərqi iki topa çatdırıb. Amerikalılar 76-cı dəqiqədə Hadji Raytın qolu ilə ümidlənib. Lakin 81-ci dəqiqədə Denzel Dümfriz yenidən fərqi iki topa çatdırıb və görüşdə son nöqtəni qoyub.

Qələbə sayəsində 1/4 finala adlayan Niderlandın bu mərhələdəki rəqibi Argentina – Avstraliya cütünün qalibi olacaq. 1/4 final matçı dekabrın 9-da keçiriləcək.

***20:40

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda 3-cü qol vurulub.

76-cı dəqiqədə amerikalıların heyətində Hadji Rayt hesab arasındakı fərqi minimuma endirib - 1:2. Az keçməmiş Niderland fərqi yenidən ikiyə qaldırıb.

***19:51

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda 2-ci qol vurulub.

45+1-ci dəqiqədə fərqlənən Deyli Blind Niderlandı 2:0 hesabı ilə önə keçirıb. ABŞ fasiləyə məğlub halda yollanıb.

***19:12

Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final oyununda hesab açılıb.

10-cu dəqiqədə Memfis Depay niderlandlıları hesabda önə keçirib.

***19:00
Qətərdə keçirilən dünya çempionatında Niderland və ABŞ yığmaları arasında 1/8 final mərhələsinin oyunu start götürüb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

***18:08

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Niderland və ABŞ yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo

ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 13. Tim Rim, 3. Uolker Zimmerman, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8. Ueston Makkeni, 21. Timoti Vea, 10. Kristian Pulişiç, 9. Xesus Ferreyra

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

BAKU.WS