SİZİN REKLAM BURADA!
055 213 76 73


Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsini məğlubiyyətlə başa vurub.

Avropa təmsilçisi H qrupunun son matçında Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzub.

İlk qolu 5-ci dəqiqədə Portuqaliya seçməsindən Rikardo Orta vurub. 27-ci dəqiqədə Asiya təmsilçisindən Kim Yunq Qvon tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Xvan Xi Çxan qələbə qoluna imza atıb.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Cənubi Koreya millisi 2-ci pilləyə yüksəlib. 6 xalı olan Portuqaliya hələlik ilk pillədə qərarlaşıb.

***20:52

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda hesab dəyişib.

90+1-ci dəqiqədə Asiya təmsilçisindən Xvan Xi Çxan 90+1-ci dəqiqədə 2-ci topu avropalıların qapısından keçirib - 2:1.

***19:29

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda 2-ci qol vurulub.

27-ci dəqiqədə Asiya təmsilçisindən Kim Yunq Qvon tarazlığı bərpa edib.

***19:07

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda erkən qol vurulub.

Avropa təmsilçisi 5-ci dəqiqədə Rikardo Hortanın qolu ilə hesabı açıb.

***19:01

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

***18:54

Qətərdə keçirilən dünya çempionatının H qrupunun III turunda üz-üzə gələcək Cənubi Koreya və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 20. Kvon Ken Von, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 18. Li Kan İn, 10. Li Ce Son, 7. Hın Min Son, 9. Sun Kyu Ço

Portuqaliya: 22. Dioqu Koşta, 3. Pepe, 24. Antonio Silva, 20. Joau Kanselu, 2. Dioqo Dalot, 16. Vitinya, 18. Ruben Neveş, 17. Joao Mariu, 23. Mateuş Nunyeş, 21. Rikardo Horta, 7. Kriştianu Ronaldu

Qeyd edək ki, görüş saat 23:00-da start götürəcək.

BAKU.WS