VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Futbolu küçələrdə oynayanlar, meydanda dərs keçməyə nə deyirsiniz? Bu liqa yalnız həvəskar futbolçular üçündür! Bu liqa həvəskar komandaların beynəlxalq futbol arenasına açılan qapısıdır. Bu liqa Bakının ayrı-ayrı rayonlarından, iş yerlərindən, məhəllələrindən çıxan komandalara meydanların çağırışıdır! 

Həvəskar futbolçular arasında "Avro-2016” və "San Marino” kuboklarına imza atan MFL şirkəti bu dəfə birillik tamhəcmli mini futbol liqasına start verir. Beləliklə, öz oyununa, komanda ruhuna, uzunmüddətli mübarizə üçün gücünə güvənən komandalar axtarırıq! 

Sentyabrın 7-dən başlayaraq 22-nə kimi www.mfl.az saytında onlayn qeydiyyatdan keçin, adınızı ölkənin ən cəsarətli həvəskar komandaları sırasına yazdırın. 
Qeydiyyat şərtləri və qaydalar barəsində MFL-in facebook səhifəsində (https://www.facebook.com/mfl.baku) və saytında (http://www.mfl.az/az/liqa/qaydalar/) tanış ola bilərsiniz. 

Qeyd edək ki, oyunlar sentyabrın 26-da başlayacaq, 2017-ci ilin iyun ayının 17-də isə yekunlaşacaq. 

Liqanın qalibini nə gözləyir? MFL Liqası bir il boyunca Azərbaycanın yaşıl meydanlarına əsl küçə futbolu bayramı yaşadacaq. Ölkənin dörd bir yanından qoşulan komandalar 4 konferensiyada mübarizə aparacaqlar. İrihəcimli bu futbol turnirində xarici komandalar ilə yoldaşlıq oyunları, müxtəlif hədiyyəli yarışmalar, yerli və xarici futbol ulduzları ilə görüşlər olacaq və hər konferensiyanın ən güclü komandaları müxtəlif qiymətli hədiyyələrlə qiymətləndiriləcək. 

MFL Liqasında iştirak komandalara təkcə oynamaq zövqü, meydança dostları, komanda birliyi kimi dəyərlər qazandırmayacaq. Həvəskar futbolçulara ən gözəl hədiyyə nə ola bilər – öz oyunlarını ölkə sərhədlərindən kənarda göstərmək! Çempionatın ideya təşkilatçısı olan MFL şirkəti Azərbaycanda ilk dəfə kubokun qalib komandasına məhz bu imkanı yaradacaq.  

Beləcə, hər konferensiyadan 4 komanda olmaqla, liqanın ən yaxşı 16 komandası "MFL Kuboku” uğrunda mübarizəyə çıxacaq. Bu mübarizədən qalib ayrılan ən güclü komanda 10.000 manat qazanacaq. "MFL Kuboku”nun qalibi həm də Barselonada həvəskar komadanlar arasında keçiriləcək çempionata vəsiqə əldə edəcək. Bu da sizə meydan! Biz Liqaya hazırıq, növbə Sizdədir!
 

 

Qeyd edək ki, liqada iştirak üçün komandalar 1000 AZN, korporativ komandalar (əgər qeydiyyatdan keçən komanda təmsil etdiyi şirkətin tam adını olduğu kimi təmsil edirsə, məs. "Dəmir Bank"- bu, reklam kimi qəbul olunur və ikiqat rüsum ödənilir. Komanda sadəcə işlədiyi şirkətin adını götürürsə, məs. "Dəmir" - o zaman korporativ komanda kimi qəbul olunmur və təyin olunmuş ilkin rüsumu ödəyir) isə 2000 AZN rüsum ödəməlidirlər.

Mini Futbol Liqasının təşkilatçısı "Sport Marketing Group” və MFL şirkətidir. MFL çempionatına ev sahibliyini isə "Sportster” kompleksi edir. Qeyd edək ki, MFL Liqasının rəsmi dəstəkçisi AFFA-dır.

P.S. Qeydiyyat və ətraflı məlumat üçün: (+994) 055 263 73 12, [email protected]
 
BAKU.WS