Hakim futbol matçında infarkt keçirib öldü (FOTO)
Türkiyədə futbol matçında hakim dünyasını dəyişib.
BAKU.WS-in məlumatına görə, hadisə Balıkəsirdə keçirilən həvəskar liqa qarşılaşmasında qeydə alınıb. 17 yaşındakı Halil Berke Aygün adlı hakim oyunun 32-ci dəqiqəsində yerə yıxılıb.
Dərhal xəstəxanaya aparılan hakimin infarkt keçirdiyi məlum olub. Gənc hakim müdaxilələrə baxmayaraq xilas edilməyib. Aygünün xəstəxanaya aparılmasından sonra matçın köməkçi hakim tərəfindən davam etdirilməsi davam etdirilib. "Gündoğan Çeltikspor" - "Bostancıspor" qarşılaşmasında ev sahibi 2-1 hesabı ilə qalıb gəlib.
Digər həvəskar liqa qarşılaşmasında "Üzümlüspor" - "Göbelspor" üz-üzə gəlib. Futbolçular və hakimlər meydançaya çıxıb hazırlaşarkən Aygünün dünyasını dəyişdiyi xəbəri gəlib. Bu məlumatdan sonra hakim Aykut Kuvvətli matçı təxirə salıb.
Hakim Halil Berke Aygünün cənazəsinin Balıkəsirdə torpağa veriləcəyi bildirilib.
BAKU.WS
Oxşar xəbərlər
Dünyanın ən məşhur azərbaycanlısının doğum günüdür (VİDEO)
Bu gün dünya futbol tarixinə "Qızıl fit” almış yeganə laysman kimi düşən azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun doğum günüdür. BAKU.WS-in məlumatına görə,...