13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

"Maraqlı oyun oldu. Azarkeşlər matçdan zövq aldılar. Nəticə bizim üçün vacib idi".

BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis ilk hissədə oyunçular arasında bəzi anlaşılmazlıqların olduğunu bildirib:

"Buna normal baxıram. Komanda uzun müddət birlikdə deyildi. Hər iki komanda çoxlu qol epizodları yaratdı. İlk dəqiqələrdən açıq futbol gedirdi. Rəqibin hər oyunçusunun ustalıq səviyyəsi və stadiondakı atmosfer də yaxşı idi. Belə azarkeş önündə oynamaq xoş idi. Rəqibə uğurlar arzulayıram. Hesaba baxmayaraq çox səhvlərimiz oldu. Qarşıdakı oyunlarda daha diqqətli olacağıq".

BAKU.WS