SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda milli komandamız səfərdə Slovakiya ilə qarşılaşıb.

BAKU.WS xəbər verir ki, qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə Yirka penalti zərbəsi ilə hesabı bərabərləşdirib. Qarşılaşmaya əlavə edilmiş 5-ci dəqiqədə millimiz hesabda yenidən önə keçib.

Höccət Haqverdi yığmamızı önə çıxardan qola imza atıb.

Beləliklə də, Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Azərbaycanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, milli komanda qrupda sonuncu oyununu sentyabrın 25-də Bakıda Qazaxıstana qarşı keçirəcək.

***2022-09-22 - 23:49

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan yığmaları arasında keçirilən 3-cü qrupun V tur matçında ikinci hissə başlayıb.

İlk yarıdan sonra Canni De Byazinin baş məşqçi olduğu komanda hesabda öndədir - 1:0. Yeganə qolu 44-cü dəqiqədə Renat Dadaşov vurub.

***23:30

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan milli komandaları arasında keçirilən oyunda hesab açılıb.

BAKU.WS xəbər verir ki, qarşılaşmanın 44-cü dəqiqəsində Renat Dadaşov millimizi hesabda önə çıxarıb.

Renat Dadaşov 44-cü dəqiqədə fərqlənib.

Canni De Byazinin baş məşqçi olduğu komanda fasiləyə üstünlüklə yollanıb.

***22:55

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan milli komandaları arasında keçirilən 3-cü qrupun V tur matçı başlayıb.

BAKU.WS xəbər verir ki, Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb. Görüşü şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edir.

Hazırda hesab açılmayıb.

BAKU.WS