Millətlər Liqası: Millimiz son dəqiqə qolu ilə Slovakiyadan qələbə ilə qayıdır - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda milli komandamız səfərdə Slovakiya ilə qarşılaşıb.
BAKU.WS xəbər verir ki, qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə Yirka penalti zərbəsi ilə hesabı bərabərləşdirib. Qarşılaşmaya əlavə edilmiş 5-ci dəqiqədə millimiz hesabda yenidən önə keçib.
Höccət Haqverdi yığmamızı önə çıxardan qola imza atıb.
Beləliklə də, Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Azərbaycanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, milli komanda qrupda sonuncu oyununu sentyabrın 25-də Bakıda Qazaxıstana qarşı keçirəcək.
***2022-09-22 - 23:49
UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan yığmaları arasında keçirilən 3-cü qrupun V tur matçında ikinci hissə başlayıb.
İlk yarıdan sonra Canni De Byazinin baş məşqçi olduğu komanda hesabda öndədir - 1:0. Yeganə qolu 44-cü dəqiqədə Renat Dadaşov vurub.
***23:30
UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan milli komandaları arasında keçirilən oyunda hesab açılıb.
BAKU.WS xəbər verir ki, qarşılaşmanın 44-cü dəqiqəsində Renat Dadaşov millimizi hesabda önə çıxarıb.
Renat Dadaşov 44-cü dəqiqədə fərqlənib.
Canni De Byazinin baş məşqçi olduğu komanda fasiləyə üstünlüklə yollanıb.
***22:55
UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan milli komandaları arasında keçirilən 3-cü qrupun V tur matçı başlayıb.
BAKU.WS xəbər verir ki, Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb. Görüşü şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edir.
Hazırda hesab açılmayıb.
Oxşar xəbərlər
Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı - YENİLƏNİB/VİDEO
Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. Canni De Byazinin baş məşqçi olduğu komanda Bakıda Belarusu qəbul edib. "Dalğa Arena"dakı q...