Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

20
sen
2022
08:09
“Avropa çempionatında əsas hədəfim qızıl medal qazanmaq idi. Komanda hesabında bürünc medal qazandıq. Buna çox sevinirəm”.
BAKU.WS xəbər verir ki, bunları Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Vüqar Talıbov "Report"a açıqlamasında deyib.
O, qarşıdakı planlarından da danışıb.
“Hədəflər əslində çoxdur. Qarşıda böyük dəbilqə turnirləri var. Amma əsas hədəfim 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır. Məqsədim həmin oyunlarda qalib olmaqdır”, - V.Talıbov əlavə edib.
Oxşar xəbərlər
Elxan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"
"Bu medalı qazanmaq mənim arzum idi. Birinci yeri tutdum və himnimizi səsləndirdim". BAKU.WS xəbər verir ki, bunu Çexiyanın paytaxtı Praqada gənclər arasında ke...