13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

UEFA Millətlər Liqasının C Divizionunun V turunda Azərbaycan milli komandasını qəbul edəcək Slovakiya yığmasının heyəti açıqlanıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, baş məşqçi Frantçesko Kaltsona 27 futbolçuya dəvət göndərib. Onlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 8-i yarımmüdafiəçi, 6-sı isə hücumçudur.

Qapıçılar: Martin Dubravka ("Mançester Yunayted", İngiltərə), Marek Rodak ("Fulhem", İngiltərə), Dominik Takaç ("Spartak", Trnava)

Müdafiəçilər: Milan Şkrinyar ("İnter", İtaliya), Kristian Vallo ("Visla", plotsk, Polşa), Matuş Rusnak ("Jilijna"), Norbert Gimber ("Salernitana", İtaliya), Martin Valyent ("Malyorka", İspaniya), Petar Pekarik ("Herta", Almaniya), Martin Kostselnik ("Slovan", Çexiya), Yuray Çvatal ("Siqma", Çexiya), David Hantsko ("Sparta", Çexiya), Lübomir Şatka ("Lex", Polşa), Vernon de Marko ("Slovan")

Yarımmüdafiəçilər: Stanislav Lobotka ("Napoli", İtaliya), Yuray Kuçka ("Slovan"), Miroslav Kaçyor ("Dunayska Streda"), Laslo Beneş ("Hamburq", Alamniya), Matuş Bero ("Vitess", Niderland), David Dyuriş, ("Jilina"), Patrik Qoroşovski ("Genk", Belçika)

Hücumçular: Erik Yirka ("Viktoriya", Plzen, Çexiya), İvan Şrants, Lukaş Haraslin (hər ikisi "Slaviya", Praqa, Çexiya), Martin Reqali ("Rujomberok"), Robert Bojenik ("Boavişta", Portuqaliya), Samuel Mraz ("Mirandes", İspaniya), Adam Zrelyak ("Varta", Polşa)

Qeyd edək ki, sentyabrın 22-də Trnavadakı Anton Malatinski stadionunda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

BAKU.WS