SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ"la "Qəbələ" pley-off mərhələsində rəqiblərini mübarizədən kənarlaşdırmaqla qruplara qaldılar. "Qafqazinfo" xəbər verir ki, komandalarımızın bu uğuru onları büdcəsini də xeyli artırıb.

UEFA hər iki komandamıza qrup mərhələsinə vəsiqə qazandığı üçün 2,4 milyon avro mükafat verəcək. Bundan başqa 4 mərhələni uğurla adlayan "qırmızı-qaralar" 860 min avro əlavə gəlir əldə edəcək. "Qarabağ"da isə bu məbləğ 660 min avrodur.

"Qəbələ"nin buna qədərki mükafatı 5 milyon 989 min 924 manatdı. "Qarabağ"da isə bu rəqəm 5 milyon 622 min 444 manatdı. Ümumilikdə isə klublarımız 11 milyon 612 min 368 manat qazanca əldə edib.

Qeyd edək ki, qruplarda hər qələbəyə görə 360 min avro mükafat veriləcək. Heç-heçənin mükafatı isə 120 min avrodudur. Klublarımız qrupu ilk pillədə bitirsə yarım milyon, ikinci başa vursa, 250 min avro mükafat qazanacaq.
 
qafqazinfo