VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı nəzərdə tutulan vaxtdan tez başlaya bilər.

BAKU.WS "report"a istinadən xəbər verir ki, FIFA Qətər və Ekvador arasındakı açılış matçını bir gün əvvəl - noyabrın 20-də keçirmək istəyir.

Mümkün dəyişikliyin səbəbi açıqlanmayıb. Məsələ ali futbol qurumunun prezidenti Canni İnfantino və konfederasiya rəhbərlərinin iştirakı ilə baş tutacaq səsvermənin nəticələrinə əsasən həllini tapacaq.

Qeyd edək ki, DÇ-2022-nin noyabrın 21-dən dekabrın 18-dək keçirilməsi planlaşdırılır.

BAKU.WS