DÇ-2022: Mundial vaxtından tez başlaya bilər
10
avq
2022
14:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı nəzərdə tutulan vaxtdan tez başlaya bilər.
BAKU.WS "report"a istinadən xəbər verir ki, FIFA Qətər və Ekvador arasındakı açılış matçını bir gün əvvəl - noyabrın 20-də keçirmək istəyir.
Mümkün dəyişikliyin səbəbi açıqlanmayıb. Məsələ ali futbol qurumunun prezidenti Canni İnfantino və konfederasiya rəhbərlərinin iştirakı ilə baş tutacaq səsvermənin nəticələrinə əsasən həllini tapacaq.
Qeyd edək ki, DÇ-2022-nin noyabrın 21-dən dekabrın 18-dək keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Elxan Məmmədova FIFA-da yüksək vəzifə verildi
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FİFA-da yüksək vəzifə verilib. BAKU.WS xəbər verir ki, bu barədə FİFA məlumat yayıb. O, FİFA-nın Avropa Milli A...