VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Axmed" kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası, döyüşçü Zabit Səmədov yeni foto paylaşıb. 
 
BAKU.WS-in məlumatına görə, idmançı məşhur reper Timati və Çeçenistan prezidenti Ramzan Kadırov ilə birlikdə fotosunu öz bloqunda yerləşdirib.
 
Bu gün Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri keçiriləcək.
 
Turnir zamanı Z.Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşacaq. Zabit paylaşdığı şəkilin altına yarışa getdiklərini yazıb. 
 
Şahin Həbibov
BAKU.WS