VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 3 növ üzrə 4 təmsilçisi çıxış edəcək.

"Report"un məlumatına görə, onların hamısı legionerlərdir.

İlk olaraq, mübarizəyə 3 dağıstanlı qatılacaq. Saat 17:24-də sərbəst güləş üzrə olimpiya çempionu Şərif Şərifov 86 kq. çəki dərəcəsində 1/8 final görüşündə çinli Şenqfenq Li ilə üz-üzə gələcək. Saat 17:48-də Cəmaləddin Məhəmmədov 125 kq çəki dərəcəsində 1/8 finalda ABŞ-dan olan Tervel Dlaqnevlə qarşılaşacaq.

Saat 19:45-də isə Azərbaycanın taekvondo yarışındakı son təmsilçisi Radik İsayev 1/8 final döyüşünə çıxacaq. Onun rəqibi qazaxıstanlı Ruslan Japarov olacaq.

Saat 22:20-də bədii gimnastların fərdi çoxnövçülük mübarizəsinə start veriləcək. 10 finalçı arasında Azərbaycan təmsilçisi Marina Durunda da yer alıb. Top, gürz, lent və halqa ilə hərəkətlərin yekununda qalib və mükafatçılar müəyyənləşəcək.
 
BAKU.WS