SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İspaniya Super Kubokunun qalibi məlum olub.
 
BAKU.WS-in məlumatına görə, "Barselona" ilə "Sevilya" ikinci dəfə qarşı-qarşıya gəlib. İlk oyunda 2-0 qalib gələn kataloniyalılar cavab oyununda da ənənəni pozmayıb.
 
Qarşılaşmada 3 qol vuraraq qapısını toxunulmaz saxlayan "Barselona" kuboku öz evinə aparıb. Oyunda türk futbolçu Arda Turanın performansı diqqət çəkib. Matçın iki qolunu vuran (10, 47 dəq.) futbolçu baxımlı oyunu ilə azarkeşləri sevindirib. 
 
Oyunda 3-cü qolu isə 55-ci dəqiqədə Messi vurub. Bununla da "Barselona" 13-cü dəfə Super Kubokun sahibi olub.
 
Şahin Həbibov
BAKU.WS