SİZİN REKLAM BURADA!
055 213 76 73


İyulun 9-dan 10-na keçən gecə ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində "UFC Fight Night" turniri keçiriləcək.

BAKU.WS xəbər verir ki, gecənin əsas döyüşündə Rafael Fiziyev və Rafael dos Anyos qarşılaşacaqlar.

Məşhur MMA döyüşçüsü, əslən azərbaycanlı olan Rafael Fiziyev "Matrix" filmindəki qəhrəmanın hərəkəti ilə məşhurlaşıb. İdmançı bu hərəkəti "Muay-Tay" üzrə yarışlarda edib. Fiziyevi bu idman növü üzrə daha da məşhurlaşdıran isə yerli çempion Yodpayakı nokauta göndərməsi olub.

Taylandlı idmançı Rafaellə həmyaşıd olsa da ondan daha təcrübəli olub. Bu döyüşə qədər Fiziyev 50 döyüşdə 20 dəfə məğlubiyyət acısı dadmışdı. Rəqibi isə 140 qələbə qazandığı təqdirdə, 17 dəfə məğlub olmuş və iki görüşü heç-heçə başa vurmuşdu.

Yodpayak görüş zamanı inanılmaz dərəcədə özünə arxayın olub. Lakin ilk raund göstərir ki, azərbaycanlı döyüşçü heç də ondan geri qalmır. Buna baxmayaraq taylandlı Rafael Fiziyevə hədələyici işarə edərək ona qalib gələcəyini göstərmişdi. Lakin ikinci raundda azərbaycanlı idmançının zərbəsindən nokauta düşən taylandlı döyüşü davam etdirə bilməmişdi.

BAKU.WS
VİDEO