SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünə start verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, mövsüm San Marinonun "La Fiorita" və Andorranın "İnter" komandaları arasında ilkin mərhələnin yarımfinal matçı ilə başlayıb. İslandiyanın paytaxtı Reykyavikdə keçirilən qarşılaşma Andorra təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər yarımfinal oyununda "Estoniya" "Levadiya"sı İslandiya "Vikinqur"u ilə üz-üzə gələcək. Bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. Cütün qalibi finalda "İnter"in rəqibi olacaq. Həlledici oyun iyunun 24-də gerçəkləşəcək.

Qeyd edək ki, ilkin mərhələnin qalibi növbəti raundda İsveç "Malmö”sü ilə qarşılaşacaq.

BAKU.WS