Fərid Qayıbov: "Nazir olandan sonra dostlarımın sayı artıb"

"Nazir olandan sonra həyatımda çox şey dəyişib. 30 il görmədiyim insanlar məni yada salır, dostlarımın sayı artıb. Buna normal baxıram".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "ASAN Radio"nun "QəbuldASAN" verilişində qonaq olarkən deyib.
Nazir bildirib ki, indi də küçədə əvvəlkitək rahat gəzə bilir: "Sadəcə, qapalı yerlərdə bir az çətinlik olur. Bu da normaldır. İnsanlar yaxınlaşıb mənimlə şəkil çəkdirəndə oğlum daha çox sevinir".
F.Qayıbov hər həftənin çərşənbə günü digər nazirlərlə futbol oynadığını söyləyib: "Mayın 15-də Bakı marafonunda iştirak edəcəyəm. İdman naziri kimi deməliyəm ki, idmanla məşğul oluram (gülür)".
Oxşar xəbərlər
Fərid Qayıbov Vasif Talıbovla Naxçıvanın idman həyatını, gənclər siyasətini müzakirə edib
Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Nazirlikdən BAKU.WS-ə verilən məlumata g...