SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb.

BAKU.WS xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronaldo ilə ailəsi onların səsindən narahat olduqları üçün köçmək qərarına gəliblər.

Futbolçu bu bu haqda “The Sun” nəşrinə verdiyi müsahibəsi zamanı bildirib:

“Yaşadığımız malikanənin mənzərəsi çox gözəldir. Ətraf yaşıllıqlarla doludur. Buna görə də villanın yerləşdiyi ərazidə çoxlu qoyunlar olur. Qarşıdakı yoldan isə evin içi tamamilə görünür. Qoyunların səsi isə bizi yuxudan oyadır. Bu narahatlıq səbəbindən evdən köçmək qərarına gəldik”.

Bundan sonra Ronaldo Mançester şəhərində yerləşən 3 milyon funt-sterlinq (təxminən 7 milyon AZN) dəyərində olan evinə yerləşib. Onun yeni malikanəsinin 7 yataq otağı, kino zalı və geniş hovuzu var.


BAKU.WS
QALEREYA