VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ötən gecə UEFA Çempionlar Liqasının final matçı baş tutub.
 
BAKU.WS-in məlumatına görə, Milanda keçirilən final qarşılaşmasında İspaniyanın 2 klubu üz-üzə gəlib.  "Real” və "Atletiko” Madrid derbisində gərgin mübarizə aparıb. 
 
Hesabı "Real Madrid" klubu" açıb və 14-cü dəqiqədə Serxio Ramos fərqlənib. İlk hissə elə bu hesabla nəticələnib. İkinci hissədə Karrasko bərabərlik qolunu vurub. 90 dəqiqədə tarazlığı pozan olmadığı üçün əlavə vaxt təyin olunub. Əlavə olunmuş dəqiqələrdə də nəticə dəyişməyib və qalibi müəyyənləşdirmək üçün penaltilər vurulub. 
 
"Atletiko"nun futbolçusu Xuanfran topu qapı dirəyəni vurduğu üçün komandasını penalti seriyasında geriyə salıb. "Real"dan Ronaldo çərçivəyə dəqiq zərbə endirib və komandasına Avropanın ən güclüsü adını qazandırıb.
 
BAKU.WS