SİZİN REKLAM BURADA!
055 213 76 73


"İngiltərə və ya Şotlandiyada oynasaydıq, daha çox azarkeş toplaya bilərdik. Çünki indiki məqamda fanatlarımızın Azərbaycana gəlməsi elə də asan deyil".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri Uels millisinin futbolçusu Konnor Roberts BBC-yə açıqlamasında Bakıda İsveçrə və Türkiyə yığmaları ilə keçirdikləri Avropa çempionatının oyunları barədə danışarkən deyib.

"Ay-ulduzlular"la görüşdə (2:0) ikinci qolun müəllifi olan 25 yaşlı müdafiəçi bildirib ki, Bakı Olimpiya Stadionundakı matçlarda komandanı cəmi bir neçə yüz azarkeş dəstəkləyib: "Dünyanın yarısını dolaşdıq, oyunlarımıza çox az sayda fanat gəldi. Vəziyyəti başa düşürük. Son oyunda stadionda olan tərəfdarlarımıza təşəkkür edirəm. Türkiyə ilə matç daim onların yaddaşında qalacaq".

Ölkəsinin "Suonsi" klubunda çıxış edən oyunçu Bakıdakı isti havadan şikayətlənsə də, təşkilatçılıqdan razı qalıb: "Fikrimcə, hotel, məşq meydançaları və stadion inanılmazdır. Təəssüfləndiyim yeganə məqam azarkeşlərimizin az olması oldu".

Qeyd edək ki, Uels millisi A qrupunda son oyununu iyunun 20-də Romada İtaliya yığmasına qarşı keçirəcək.

BAKU.WS