AVRO-2020: Rusiya millisi qələbə qazandı - VİDEO

Futbol üzrə Avropa çempionatının qrup mərhələsində II tura start verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, B qrupunda turnirin ev sahiblərindən Rusiya millisi Finlandiyanı qəbul edib. Sankt-Peterburqdakı eyniadlı stadionda keçirilən görüş rusiyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Aleksey Mirançuk vurub.
Bu qələbədən sonra xallarını 3-ə çatdıran Rusiya seçməsi qrupda 2-ci pilləyə yüksəlib. FEyni xala malik Finlandiya yığması isə 3-cüdür.
Qeyd edək ki, bu qrupun Danimarka - Belçika matçı sabah oynanılacaq.
Oxşar xəbərlər
Millimiz ardıcıl üçüncü dəfə məğlub oldu
Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollekt...