Millimiz seçmə mərhələyə inamlı qələbə ilə başladı

Millimiz seçmə mərhələyə inamlı qələbə ilə başladı
İdman 168

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv Slovakiya yığmasını qəbul edib.

Bakı İdman Sarayında oynanılan qarşılaşma Azərbaycanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qol 5-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Tyaqo Bolinya fərqlənib. 15-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdiriblər. Vassura avtoqol müəllifi olub. 34-cü dəqiqədə slovakiyalıların heyətində Anton Brunovski 2-ci sarı vərəqəni alaraq meydandan qovulub. 38-ci dəqiqədə Everton Kardoso yığmanı önə keçirib. 40-cı dəqiqədə Xətai Bağırov 3-cü qolu rəqibin qapısından keçirib. Görüşdə son nöqtəni isə İsa Atayev qoyub.

Qeyd edək ki, Azərbaycan millisi bu qələbə ilə qrupda ilk pilləyə yüksəlib. İkinci sırada eyni xala malik Moldova seçməsi qərarlaşıb. Yunanıstan 3-cü, Slovakiya isə sonuncudur.

Oxşar xəbərlər

“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı

“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” - “Qalatasaray” oyunu başa çatıb. BAKU.WS xəbər verir ki,...

956 İdman 22:04 17 sentyabr 2020

Son xəbərlər