SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ermənistan yığması Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək. BAKU.WS-in məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov açıqlama veribxəbər verib.

Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda onun İrəvana səfəri zamanı müzakirə edilib.

"Ermənistan komandası yarışda iştirak edəcək. Onlar bundan imtina etməyiblər. Bu yaxınlarda Ermənistanda idim və yığma komandanın kapitanı Levon Aronyan Bakıda Dünya Kuboku üzrə yarışda çıxış etməsini xoş xatirələrlə yada saldı”, - deyə Kirsan İlyumjinov bildirib.
 
BAKU.WS