Tokio-2020: Azərbaycandan 22-ci, taekvondoda 2-ci lisenziya

07
may
2021
21:07
Azərbaycan taekvondoçusu Fəridə Əzizova Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 67 kq-da mübarizə aparan idmançı finala gedən yolda ukraynalı Tatyana Teterevyatnikova ilə qarşılaşıb.
Rəqibinə 7:2 hesabı ilə qalib gələn Əzizova finala çıxmaqla yanaşı olimpiadaya lisenziyanı da təmin edib. Onun finaldakı rəqibi fransalı Maqda Vit-Enen olacaq.
Qeyd edək ki, bu, Azərbaycanın Tokio olimpiadasına ümumilikdə 22-ci lisenziyası olub.
Oxşar xəbərlər
İslam Abbasov: “Olimpiya lisenziyası mənim üçün ad günü hədiyyəsi oldu”
Yunan-Roma güləşində ilk olimpiya lisenziyamızın sahibi İslam Abbasov oldu.Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat turnirində 87 kq-...