Bakıda "Formula 1" yarışının keçirilmə müddəti daha bir il uzadıldı

02
mar
2021
13:15
Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinin keçirilmə müddəti daha bir il uzadılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıqlama verib.
O deyib ki, ötənilki qran-pri baş tutmadığı üçün yeni 3 illik müqavilə üzrə öhdəlik 2023-cü ilədək deyil, 2024-cü ilədək yerinə yetirilməlidir.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Qran-prisi 4-6 iyunda gerçəkləşməlidir.
Oxşar xəbərlər
“Formula 1” şirkətlər qrupunun yeni rəhbəri: "Bakını dünyaya tanıtmaq üçün.."
Formula 1-in baş icraçı direktoru Çeys Keri Bakıda keçirilən beynəlxalq konfransda çıxış edibBAKU.WS-in məlumatına görə, “Formula 1” şirkətlər qrupunun baş icra...
